IX siniflərdə 4-cü monitorinq keçirildi

6 mart 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqdim edilmiş sual və tapşırıqlar əsasında Sabunçu rayonu Pirşağı qəsəbəsi Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə məktəbin IX sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə sayca 4-cü monitorinq keçirilmişdir. Monitorinq 11:00-da başlamış, 13:00 da bitmişdir. Şagirdlər Buraxılış İmtahanının nəticəsinə uyğun hazırlanmış sualları cavablandırmışlar. Monitorinqin keçirilməsində məqsəd IX siniflərdə Buraxılış İmtahanına hazırlığın keyfiyyətini yüksəltmək, şagirdləri fənyönümlü fəallaşdırmaq, tədrisin keyfiyyətini nəzarətdə saxlamaqdır. Məktəb rəhbərliyi tərəfindən təyin olunmuş nəzarətçilər imtahana ciddi nəzarət ediblər. Şagirdlər verilən vaxt ərzində sualları cavablandırıblar. İmtahanın gedişi sona qədər məktəb rəhbərliyi tərəfindən izlənilib. Müəyyən olunmuş vaxt ərzində şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Məktəbli #monitirinq