Psixoloqların idmançılarla görüşü

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə "İdman Həftəsi" çərçivəsində psixoloqlar Səfərova Ülviyyə, Hacılı Əliyeva Afaq məktəbimizin bir çox idman sahələrində uğur və nailiyyətlər qazanmış idmançı şagirdlərimizlə görüşüb. Onlara idmanda uğur qazanmağın psixoloji amilinin mühümlüyündən söhbət açıblar, idmanın səbr, dözümlülük, iradə tələb etdiyi, rifah halının yüksək olması, analitik təfəkkür, emosiyaların idarə olunmasının önəmini vurğulayaraq , idmançılarımızı inamla, məqsədə çatmağa səsləyiblər. Sonda, şagirdlərimiz maraqla, ölkəmizi dünyada layiqli təmsil edən idmançılarımızın uğurlarından bəhs edən videoçarxlar izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi