" Olimpiya oyunları uşaqların gözü ilə "

Sabunçu rayonu Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 2Ç sinfində "Olimpiya oyunları uşaqların gözü ilə" əl işləri müsabiqəsi keçirildi.Sinif rəhbəri Eminova Yeganə şagirdlərə Olimpiya oyunlarının tarixi,Azərbaycanın olimpiya çempionları və müxtəlif idman növləri haqqında geniş məlumat verdi.Daha sonra şagirdlər rəngli kağızlardan Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqalarını hazırladılar.