ŞƏHİD RƏSUL SADIQOVUN MÖVLUDU QEYD OLUNDU !

ŞƏHİD RƏSUL SADIQOVUN MÖVLUDU QEYD OLUNDU!
Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının ibtidai bölməsinin və məktəbin ibtidai sinif müəllimləri Allahverdiyeva Gülüstan, Əliyeva Vüsalənin birgə təşkilatçılığı ilə Şəhidi Rəsul Sadıqovun doğum gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov, təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva, fatehlər.az informasiya agentliyinin təsisçisi və baş redaktoru Arzu xanım Hüseynova, şagird və müəllim kollektivi iştirak etmişdir.
Rəsul Sadıqov 2001- ci il Bakı şəhərində anadan olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəsul Sadıqov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. "Cəsur döyüşçü " ordeni, " Zəfər " və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Məktəbimizdə Rəsul Saduqovun adına sinif otağı var.
Tədbir himnimizin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra şəhidin keçdiyi həyat yolu, iştirak etdiyi döyüşlər, şəhadətə ucaldığı məqamlar şagirdlərin və tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Məktəbin şagirdləri Şəhidimiz haqqında şeirlər söylədi, nəğmələr səsləndirdi.
Allahdan Şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.