Bu gün məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Bu gün məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
Məktəbin musiqi müəllimi Qönçə Aşumova, UBTR- Ziyafət Məmmədovanın təşkilatçılığı ilə baş tutan tədbir Dövlət Himni ilə başlandı. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Xocalı mövzulu şeirlər ifa olundu. Şagirdlərin iştirakı ilə hazırlanmış kompozisiya nümayiş etdirildi, videoçarxlar təqdim olundu. Məktəb xorunun ifası dinlənildi.Tədbir boyunca faciənin başvermə səbəbləri iştirakçıların diqqətinə çatdırıldı.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Məktəbli #tədbir