Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar sənədli filmə baxış keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar sənədli filmə baxış keçirilib

23 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tarix müəllimi Sevda Məmmədova VII“C ” sinif şagirdlərinə Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı qətliamı və erməni vandalizimi haqqında məlumat verib. O, çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

Daha sonra Xocalı faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra şagirdlər film və həmin faciəli günlər haqqında öz fikrlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi