Reproduktiv sağlamlıq mövzusunda 6-cı sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş keçirildi

22.02.2023 -cü il tarixində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımovun rəhbərliyi ilə Reproduktiv sağlamlıq mövzusunda 6-cı sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş keçirildi.Həmçinin məktəbin psixoloqları Səfərova Ülviyyə,Hacılı Əliyeva Afaq,biologiya müəllimi Hacıyeva Qənirə,məktəbin tibb bacısı Aşumova Tükəzban da mövzu ətrafında çıxış etdilər.Görüşün məqsədi cinsi yetişkənlik dövrünə qədəm qoymuş yeniyetmələrin problemləri barədə müzakirələrin aparılması idi.Valideyn və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalı.Bu böhran zamanı qarşılıqlı anlaşmanı necə qurmalı.Yeniyetmələrdə reproduktiv sağlamlıq,cinsi zorakılıq,cinsi yolla yoluxan infeksiyaların qarşısını necə almaq olar,zərərli vərdişlərdən uzaq olmaq,bir sözlə reproduktiv sağlamlığı necə qorumaq olar mövzusunda çıxışlar edildi.Sonda valideynlərin sualları cavablandırıldı.