" Reproduktiv sağlamlıq "

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqları Hacılı Əliyeva Afaq, Səfərova Ülviyyənin təşkili ilə "Reproduktiv sağlamlıq"adlı seminar baş tutub . Seminarda məktəbin tibb bacısı Aşumova Tükəzban və biologiya müəllimi Hacıyeva Qənirə, Təlim-tərbiyə işləri üzrə direktor müavini Mustafayeva Lətifə iştirak edib. Maarifləndirici seminarın məqsədi: gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailələrin təməlinin qoyulması, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Psixoloqlar və müəllimlər çıxış zamanı aktual məsələlərə toxunub, reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumat verərək onlara sanitar-gigiyena qaydalarına əməl etmək tövsiyyə olunub. Bildirildi ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələlərindəndir. Seminarda 70 nəfər , 8 və 9 -cu siniflərin qızları iştirak edib . Mövzu haqqında şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi