"Ana dilim- milli sərvətim" adlı tədbir keçirilib

"Ana dilim- milli sərvətim" adlı tədbir keçirilib.
Fevralın 20-də 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilim-milli sərvətim” adlı tədbir keçirilib. Tədbir Kiçik Akademiya, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Məmmədova Elnarə və Mirzəyeva Şərtürkün birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə tədbiri giriş sözü ilə açaraq ana dilimiz, onun saflığı, gözəlliyi haqqında çıxış edib, sonra şagirdləri səhnəyə dəvət edib. VII-VIII sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii-musiqili kompozisiya təqdim olunub. Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov çıxış edərək şagirdlərin çıxışını yüksək qiymətləndirib, ana dilimizin tərəqqisi üçün çalışmağın vacibliyindən danışaraq bu müqəddəs sərvəti - ana dilimizi qoruyub saxlamağın önəmini vurğulayıb.