Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov cəmi 22 yaşında düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Daha sonra düşmənin öz silahlarından öz müdafiəsi üçün istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. 19 iyun 2010-cu ildə səhər saatlarında qeyri-bərabər döyüşdə Mübariz qəhrəmancasına şəhid olub.
Qanın yerdə qalmadı, Qəhrəman!
Ruhun şad olsun!
Bütün şəhidlərimizi dərin ehtiramla anırıq!