Məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin Fəaliyyət planına əsasən Pedaqoji Şuranın növbəti 3-cü iclası keçirilmişdir. İclasda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Rövşən Qasımov pedaqoji kollektivi salamladıqdan sonra gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış etdi.Fənn metodbirləşmə sədrlərinin yarımilin yekunlarına görə hesabatları dinlənildi. Eyni zamanda fənn metodbirləşmə sədrlərinin hesabatları dinlənilərkən , hər bir fənn metodbirləşmə sədrinin gördüyü iş və fəaliyyətə məktəb direktoru öz münasibətini bildirdi və baş verən çatışmamazlıqları tezliklə aradan qaldırılmasını tövsiyyə etdi . Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva tərəfindən yarımilin təhsil pillələri və siniflər üzrə qiymətləndirmə nəaliyyətləri elan olundu. Eyni zamanda Bakı şəhər Təhsil idarəsi tərəfindən IX və VII siniflərdə aparılan monitorinqin nəticələri direktor tərəfindən monitorda izahlı şəkildə pedaqoji kollektivin nəzərinə çatdırdırıldı. Sonda məktəbin direktoru Rövşən Qasımov yanvar və fevral ayı üçün nəzərdə tutulan məsələləri pedaqoji kollektivin nəzərinə çatdırdı. İclas 2-ci yarimildə qarşıda duran vəzifələr və cari məsələlərin müzakirəsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi