" Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır "

YAP Sabunçu rayon təşkilatının Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi 97 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkialtının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
Çıxış edən məktəbin direktoru Rövşən Qasımov Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyəti barədə çıxış etdi. Ölkəmizdə dünya miqyasında aparılan işlər haqqında geniş məlumat verdi. Partiyanın fəaliyyətinə uğurlar arzu etdi.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi 97 ərazi partiya təşkilatının sədri Rövşən Qasımov, sədr müavini isə Lətifə Mustafayeva seçilmişdir.