I YARIMİL ÜZRƏ BSQ KEÇİRİLİB

I YARIMİL ÜZRƏ BSQ KEÇİRİLİB
18 yanvar 2023-cü il tarixində məktəbdə 2022-2023-cü tədris ilinin I yarımili üzrə VIII siniflərdə Böyük Summativ Qiymətləndirilmə keçirilib.
BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib. İmtahan zamanı nəzarətçi müəllimlər köçürülmənin qarşısının alınması və obyektivliyin qorunması məqsədilə nəzarəti gücləndirilib. Qeyd edək ki, BSQ I yarım ili ərzində mənimsənilən materiallara dair tərtib olunmuş suallar əsasında keçirilib. İmtahan yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilib.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Məktəbli #BSQ #imtahan #qiymətləndirmə