Olduq - ölmədik - 20 Yanvar Günü !

“20 Yanvar " faciəsinin otuzüçüncü ildönümü ərəfəsində hadisə qəhrəmanlarını, xalqın azadlıq səsini ucaltdığı şərəfli tarixi anmaq məqsədilə silsilə tədbirlərin keçirilməsinə start verilib. 18.01.2023-cü il tarixində məktəbin akt zalında lX sinif şagirdləri də şəhidlərimizi andılar. Ilk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra məktəbimizin direktoru Rövşən Qasımov " 20 Yanvar " faciəsinin canlı şahidi olaraq şagirdlərə o gecə baş verən hadisələrdən danışdı.O vaxt ki , komunist partiyasının liderləri olan Qarbaçov, Primakov, Baqatin və Yazovun " 20 Yanvar " hadisələrinin törədilməsində məsh səbəbkar olduqlarını bildirdi və bu qətliamın törədilməsində onların əlinin qana bulaşdığını xüsusilə şagirdlərin diqqətinə çatdırdı. Və məktəbin Dil - Ədəbiyyat müəllimi Ulduz Qafarovanın 20 Yanvar faciəsinin tarixi haqqında verdiyi məlumatları da dinlədikdən sonra sənədli filmi izləyiblər. Sonda şagirdlər müəllimin " 20 Yanvar faciəsinin tarixi"nə aid verdiyi sualları cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi