" Torpaq uğrunda ölən varsa , Vətəndir "

" Torpaq uğrunda ölən varsa , Vətəndir ". 1990 - ci ilin 20 Yanvar faciəsi bunu bir daha sübut etdi. Milli azadlığa qovuşmaq üçün ayağa qalxan xalqımız düşməni heyrətlər içində boğdu və öz istiqlaliyyətinə sahib çıxdı.20 Yanvar faciəsindən 33 il ötür.Faciənin ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində dil- ədəbiyyat müəllimi M.Elnarə və UBT- rəhbəri M.Ziyafətin təşkilatçılığı ilə 7 c sinfində " 20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir " adlı inşa yazı müsabiqəsi təşkil olundu.Şagirdlərimiz yazılarında faciə ilə bağlı düşüncələrini ifadə etdilər.