" Riyaziyyatın təbiətlə harmoniyası "

19-21 dekabr tarixlərində Şamaxıda "eTwinning" layihəsi çərçivəsində regional konfrans keçirilib

Konfransın məqsədi region müəllimləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək layihə əsaslı təhsili və XXl əsr bacarıqlarını inkişaf etdirmək olub. Məktəbin ibtidai sinif müəllimi Vüsalə Əliyeva da bu konfransda iştirak edib. Konfrans çərçivəsində uğurlu layihə modeli, layihənin platformada yaradılması və planlaşdırılması, mövzuların milli kurikuluma inteqrasiyası ilə bağlı müxtəlif təlim və müzakirələr təşkil olunub. Konfransın nəticəsi olaraq "Riyaziyyatın təbiətlə harmoniyası" adlı beynəlxalq layihəyə start verilib.

#təhsiledu #etwinning

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi