Dekabrın 24 - ü 2022-ci il tarixdə II Pedaqoji şura təşkil olundu

Dekabrın 24 - ü 2022-ci il tarixdə II Pedaqoji şura təşkil olundu.
Məktəbin direktoru, Pedaqoji şuranın sədri Rövşən Qasımov şura üzvlərini salamlayaraq iclasın gündəliyi haqqında məlumat verdi.
Gündəliyə əsasən Qiymətləndirmələrin təşkili və peşəyönümünə dəstək mərkəzinin rəhbəri, Uşaq birliyi təşkilatının rəhbəri Ziyafət Məmmədova KSQ-lərin monitorinqi zamanı əldə edilən nəticələri, BSQ-lərin təşkili, olimpiadalara hazırlaşan şagirdlərlə işin təşkili, əldə edilən uğurlar və növbətçilik prosesi haqqında danışdı.
Ardınca Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva VII-VIII siniflərdə aparılan monitorinqlərin, frontal yoxlamaların, dərsdinləmələrin nəticələri haqqında danışdı.
Sonda təklifi olan müəllimlərin müraciətləri dinlənildi, Pedaqoji şura uğurlu olaraq sona çatdırıldı.