" Heydər Əliyev və Azərbaycan tarixi "

16.12.2022 - ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 - cu il dönümü ərəfəsində qalib şagirdlərin iştirakı ilə keçirilmiş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzulu elmi - praktik konfransda təqdim edilmiş məruzələrin nəşr edilmiş eyni adlı kitabının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində məktəb üzrə qalib şagirdimiz 10 "A" sinif şagirdi Əlizadə Dərya, elmi rəhbəri Şahnaz Quliyeva və məktəbin direktoru Rövşən Qasımov da iştirak ediblər.
Məktəb kollektivi adından qalib şagirdimizi və onun elmi rəhbəri Şahnaz Quliyevanı təbrik edir, yeni - yeni uğurlar arzulayırıq.
#BakıTəhsil İdarəsi #EduAz