" Mən öz gələcəyimi seçirəm "

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaqın təşkili, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun iştirakı ilə, 112 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma xarakterli, maarifləndirici görüş keçirildi.
Tədbir çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verdi.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda şagirdlər "Dəmir Yumruq" qaldıraraq , Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə aparacaqlarına söz verdilər.
Gəlin, gələcəyimizi qoruyaq!