“Narkomaniyaya yox deyək!” və “QİÇS əsrin bəlasıdır!” mövzularında maarifləndirici tədbir keçirilib

“Narkomaniyaya yox deyək!” və “QİÇS əsrin bəlasıdır!” mövzularında maarifləndirici tədbir keçirilib
29 noyabr 2022-ci il tarixində məktəbin biologiya müəllimi Qənirə Hacıyeva 8 “A” sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək!” və “QİÇS əsrin bəlasıdır!” mövzularında maarifləndirici tədbir keçirib. Əvvəlcə çıxış edən biologiya müəllimi narkomaniyanın yayılması insanların sağlam həyat tərzi üçün təhlükə törətdiyini qeyd edib. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasını pozur.
Daha sonra şagirdlər narkomaniya və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında hazırladıqları məlumatları təqdim ediblər. Onlar qeyd edib ki, QIÇS XX əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır. İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır.
Həmçinin çıxış edən şagirdlər son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.