Əhməd Cavadın həyat və yaradıcılığı

"Əhməd Cavad- 130" adlı tədbir keçirilib

Noyabrın 29-da Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin kitabxanasında "Əhməd Cavad -130" adlı tədbir keçirilib. Şəntürk Mirzəyəvanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin rəhbərliyi, şagirdlər və müəllimlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Əhməd Cavadın həyat və yaradıcılığına aid videoçarxlar nümayiş olunub, şeirlər, mahnılar səsləndirilib.

Sonda çıxış edən məktəbin direktoru Rövşən Qasımov şairin vətənə məhəbbəti, azadlığı, istiqlalı tərənnüm edən şeirlərinin şagirdlərimizin vətənpərvər ruhda yetişməsində əhəmiyyətindən danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi