“Zəfər” məktəblilərarası l tarix olimpiadası

“Zəfər” məktəblilərarası l tarix olimpiadası.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin Vlll, lX, X sinif şagirdləri arasında “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu keçirildi. Olimpiadanın məktəb mərhələsində 20 şagird iştirak etdi. Olimpiada sualları Birinci Qarabağ müharibəsini və İkinci Qarabağ müharibəsini, şanlı Zəfər tarixini əhatə edirdi. Olimpiada prosesi olimpiadanın keçirilməsi məktəb direktorunun tam nəzarəti altında aparıldı.Sinifdə nəzarətçilərin şagirdlərə nəzarət etməsi tam ciddi şəkildə aparıldı, və "Zəfər olimpiadası" nın keçirilməsində məktəbin mövqeyi tam obyektiv oldu. Məktəb direktoru olimpiadaya qədər şagirdlərin olimpiadaya hazırlığında müəllimlərin , onların hazırlığında peşəkar yanaşmasında bir neçə dəfə həm müəllim, həm şagirdlər ilə görüşü olmuşdur .Və düşünürük bu olimpiada da şagirdlərimiz məktəb tərəfindən qoyulan tələblərə görə layiqincə çıxış edib, şəhər mərhələsində yetərincə təmsil olunacaqlar.