BŞTİ tərəfindən təhsil müəssisələrində birinci monitorinq keçirilib

BŞTİ tərəfindən təhsil müəssisələrində birinci monitorinq keçirilib

24.11.2022-ci il tarixdə BŞTİ tərəfindən təhsil müəssisələrində, o cümlədən, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə birinci monitorinq keçirilib. Monitorinq 3 fənn üzrə-ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil edilib. Göndərilmiş materiallar çap olunaraq həm VI siniflərə, həm də IX siniflərə verilib. Eyni materiallar əsasında həm IX, həm də VI sinif şagirdlərinin monitorinq keçirilməsində məqsəd VI siniflərdə tədrisin mövcud vəziyyətini, IX siniflərdə isə şagirdlərin bu 3 fənn üzrə V-VI sinif səviyyəsində olan problemlərini müəyyənləşdirmək olub. Monitorinqin müddəti 2,5 saat olub, 09:45 başlayıb və 12:10 da bitdi. İngilis dili fənnindən digər suallarla yanaşı şagirdlərə dinləmə materialı təqdim olunub . Suallar həm açıq, həm də qapalı formatda olub. Məktəb üzrə 127 şagird IX siniflərdən, 156 şagird isə VI siniflərdən monitorinqə cəlb edilib. Monitorinqin şəffaf və obyektiv keçirilməsi üçün məktəb rəhbərliyi lazımı təşkilatı işləri məsuliyyətlə həyata keçirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi