Metodiki Şuranın iclası keçirildi

Metodiki Şuranın iclası keçirildi.
Noyabrın 18-də məktəbdə Metodiki Şuranın növbəti iclası keçirildi. İclasda iştirak edən məktəb direktoru Rövşən Qasımov, təlim-tərbiyə işlər üzrə direktor müavini Lətifə Mustafayeva, Uşaq Birliyi Təşkilatı rəhbəri Ziyafət Məmmədova və fənn metodbirləşmə rəhbərləri məktəb, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, fənn aylıqlarının təşkili məsələlərinə, 9 - cu siniflərdə minimal proqramın tələblərinə uyğun olaraq məktəb tərəfindən keçirilmiş diaqnostik manitorinqin nəticələrinə əsasən məşğələlərin təşkil olunması ilə bağlı müzakirələr aparıldı.
#112mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #MetodikiSeminarlar