"Uşaq Hüquqları Aylığı"

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr- 20noyabr 2022-ci il tarixlərdə "Uşaq Hüquqları Aylığı" elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Bu məqsədlə Akademik Xoşbəxt Yusifzadə adına 112nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq 4cü sinif şagirdlərinə "Hüquq və vəzifələrimiz " adlı psixoproflaktik seminar təşkil etdi.