Məktəbimizdə valideyn iclasları təşkil olundu

Cari tədris ilində məktəbdə keçirilən valideyn iclaslarında iştirak edən məktəb rəhbərliyi, sinif rəhbərləri, fənn müəllimləri tərəfindən siniflər üzrə tədrisin vəziyyəti, eləcə də şagirdlərin məktəbdə davranışları ilə əlaqədar bir sıra söhbətlər aparıldı. Valideynləri narahat edən məsələlər cavablandırıldı. Məktəb-valideyn əlaqələrinin daha səmərəli qurulması üçün bir sıra təkliflər irəli sürüldü.