" Bullinq, Bullinqin növləri, Kiberbullinq "

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr- 20noyabr 2022-ci il tarixlərdə " Uşaq Hüquqları " aylığı elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Bu məqsəd ilə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq şagirdlərlə "Bullinq, Bullinqin növləri, Kiberbullinq " adlı psixoproflaktik iş təşkil etdi. Maarifləndirici seminarda ümumilikdə 510 şagird iştirak etdi.