Üçrəngli bayrağınla məsud yaşa, can Azərbaycan!!!!!!

2020-ci il 44 günlük müharibədə Zəfər Tariximizi yaşadıq. Üçrəngli bayrağımızı işğal olunan bölgələrin hər bir yerindən asdıq və Qarabağımızın, Azərbaycanımızın tacı olan Şuşada üçrəngli bayrağımız hal- hazırda dalğalanır.
Nədir bayraq?
Bayraq hər bir millətin milli kimliyinin, dininin, dilinin, mədəniyyətinin və hürriyyətinin ifadəçisidir.
Bayraq hər bir xalqın, millətin keçmişindən, bu günündən xəbər verir, gələcəyi üçün çox şeylər söyləyir.
Bayraq odur ki, vətəndaş onda öz tarixini, öz kimliyini görür.
Bayraq dövlətçiliyimizin, müstəqilliyimizin rəmzlərindəndir
Bayrağımıza sevgi göstərək , onu heç zaman yüksəklərdən enməyə qoymayaq.
Üçrəngli bayrağınla məsud yaşa, can Azərbaycan!!!!!!