" Xudayar təsnifi "

Sabunçu rayonu Pirşağı qəsəbəsi Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Pirşağı qəsəbə İcra nümayəndəliyinin sədri Mehrəliyev Məhərrəm və Hüseynov Elnur, Pirşağı Bələdiyyə sədri Rəhimova Əfsanə, Şəhid valideynləri Şəhid Sadıqov Rəsulun anası Allahverdiyeva Elnarə allahverdi qızı,

Şəhid Əli Heydərovun anası Heydərova Gülbəniz Kərim qızı,

Şəhidimiz Əliyev Xəyyamın atası Əliyev Əlixan Fərman oğlu iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rövşən Qasımov açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Rövşən Qasımov 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan söhbət açdı.

Bədii hissədə məktəbin

Şagirdlərinin ifasında " Xudayar təsnifi, " Qarabağ Azərbaycandır ", mahnıları səsləndi ,Zəfər Gününə aid şeirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi