" Şagirdlərdə İKT bacarıqlarının formalaşdırılması "

02.11.2022 tarixində Kiçik Akademiyanın təşkilatçılığı ilə "Şagirdlərdə İKT bacarıqlarının formalaşdırılması" mövzusu üzrə maarifləndirici görüş keçirilmişdir. Görüşün əsas məqsədi şagirdlərə:

- İKT xüsusiyyətləri;

- İKT növləri;

- Təhsildə İKT;

- İKT-nin üstünlükləri;

kimi bacarıqlar haqqında məlumat vermək, onlarda bu xüsusiyyətlərin formalaşdırılmasından ibarət idi.

Fənn müəllimi şagirdlərdə İKT bacarıqlarının qiymətləndirilməsi sahəsində mövcud vəziyyətin araşdırılması, şagirdlərin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin hazırlanması, onların tətbiqi, təhsil sistemində məlumat bazalarının təkmilləşdirilməsi üzrə tədbirlər görülməsi haqqında geniş və ətraflı məlumat verdi. Mövzu üzrə müxtəlif videoçarxlar nümayiş olundu. Şagirldərin sualları cavablandırıldı.

Konfransda KA rəhbəri İlahə Abdullazadə, UBRT Ziyafət Məmmədova, informatika müəllimləri, kitabxana rəhbərləri iştirak etdilər.

Müəllim: Nərgiz Abbaszadə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi