"Əylənərək öyrənirik"

8 noyabr zəfər bayramına həsr olunmuş tədbirlər planına əsasən məktəbimizdə silsilə tədbirlər davam edir. Tədbirlər planına uyğun olaraq bu gün riyaziyyat fənnindən şagirdlərdə riyazi bacarıqların inkişaf etdirilməsi məqsədilə 6 b və 6 c sinif şagirdlərinin iştirakı ilə "Dəmir yumruq" , “ Qarabağ Azərbaycandır ” və "Xarı bülbül" komandaları arasında " Əylənərək öyrənirik " formatında yarış keçirilmişdir. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov, Təlim Tərbiyə İşləri üzrə direktor müavini Lətifə Mustafayeva, Uşaq Birliyi Təşkilatı rəhbəri Ziyafət Məmmədova iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov Ali Baş Komandan cənab İlham Əliyevin ölkədəki iqtisadi inkişaf, ordu quruculuq və diplomatiya sahəsində gördüyü uğurlu işlərdən söz açdı. Ordumuzun əsgər, zabit və arxa cəbhədə xidmət edən hər bir vətəndaşının göstərdiyi şücaətin zəfər yolunda böyük qələbəyə səbəb olduğunu bildirdi.Qələbənin Memarı isə məhz Ali Baş Komandan Möhtərəm Prezidentimiz İlham Əliyevin olduğunu vurğuladı. Məktəbin riyaziyyat müəllimləri Adıgözəlova Mənsurə və Kərimova İradənin təşkil etdiyi yarışda şagirdlər əyləncəli və eyni zamanda səmərəli vaxt keçirmişlər.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin əldə olunması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici biliklərin daha da möhkəmləndirilməsi , Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.