XI sinif valideynləri ilə görüş keçirildi

Oktyabrın 19 - u 2022-ci il tarixdə XI sinif valideynləri ilə görüş keçirildi.
Görüşdə məktəbin direktoru Rövşən Qasımov, Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva, Uşaq birliyi təşkilatının rəhbəri Ziyafət Məmmədova iştirak etdilər.
Görüşdə şagirdlərin nizam-intizam qaydaları, dərsə davamiyyəti, buraxılış imtahanlarına hazırlıq haqqında danışıldı.
Sonda valideynlərin sualları rəhbərlik tərəfindən cavablandırıldı.