ŞƏHİD RƏSUL SADIQOVUN İL DÖNÜMÜ QEYD OLUNDU!

ŞƏHİD RƏSUL SADIQOVUN İL DÖNÜMÜ QEYD OLUNDU!
Sadıqov Rəsul Həşimoğlunun şəhadətinin ikinci ildönümü yad edilmişdir.
Şəhidin anım günündə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov, təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva, şagird və müəllim kollektivi iştirak etmişdir.
Rəsul Sadıqov 2001- ci il Bakı şəhərində anadan olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəsul Sadıqov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. "Cəsur döyüşçü " ordeni, " Zəfər " və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Məktəbimizdə Rəsul Saduqovun adına sinif otağı var.
Rəsul Sadıqovun il dönümü tədbiri himnimizin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Anım tədbirində şəhidin keçdiyi həyat yolu, iştirak etdiyi döyüşlər, şəhadətə ucaldığı məqamlar şagirdlərin və tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Rəsul Sadıqovun il dönümü ilə əlaqədar 4"B" sinif müəllimi Allahverdiyeva Gülüstanin şagirdləri Şəhidimiz haqqında şeirlər söylədi, nəğmələr səsləndirdi.
Allahdan Şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.