6 " C " sinfi şəhidimizi anıb !

6 "C"sinfi şəhidimizi anıb!
4 Oktyabr Şəhid Əli Heydərovun şəhadətə ucaldığı gündür. Məktəbimizin direktoru Lətifə Mustafayeva, şəhidimizin anası və 6 "C" sinif şagirdləri şəhidimizin əziz xatirəsini ehtiramla yad etdilər. Qeyd edək ki ,6 "C" sinfi şəhidimizin adınadır. Vətəni canı bahasına qoruyan Əli kimi oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaq, əziz xatirəsi illər ötsə belə daim ehtiramla anılacaq.
Heydərov Əli Vaqif oğlu Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhid olmuşdur. Əli Vaqif oğlu Heydərov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunması" və "İgidliyə" görə medalları ilə təltif edilib.Anım gününün sonunda şəhidimizin anası 6 " C " sinif şagirdlərinə ,şəhidimizin şəkli olan yaxalıqlar hədiyyə edib,şəhidimizin adına şagirdlərlə birlikdə ağac əkilib.
Ruhun şad olsun Şəhidim.
Qarabağ Azərbaycandır!