İlk dərs günü

İlk dərs günü
15 sentyabr məktəbdə "Bilik Günü" kimi qeyd edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və mənfur qonşularımızın işğalçı siyasəti nəticəsində həlak olan 50 nəfər şəhidimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış eden məktəbin direktoru Mustafayeva Lətifə ötən tədris ilinin nailiyyətlərindən,cari tədris ilinin hədəflərindən danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik etdi.
Birinci dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi.
Bütün təhsil ictimaiyyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edirik.