XI siniflərə tam orta təhsil haqqında attestat təqdim olundu

XI siniflərə tam orta təhsil haqqında attestat təqdim olundu.
İyulun 8-i 2022-ci il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin XI siniflərinə tam orta təhsil haqqında attestatlar təqdim olundu.
XI sinfi ümumilikdə 78 nəfər şagird bitirmişdir. Onlardan 3 nəfəri XI"Ç" sinif şagirdləri Əlizadə Nəzrin, Nəhmətzadə Fəridə və Nəcəfzadə Pərviz "FƏRQLƏNMƏ" attestatına layiq görülmüşdürlər.
Onu da qeyd edək ki, XI sinifdən məzun olan 1 şagirdimiz Nəcəfzadə Pərviz 600+, 5 şagirdimiz isə 500+ nəticə əldə etmişdir.
Məktəbin direktoru Xədicə Babayeva şagirdlərimizi səmimi qəlbdən təbrik etmiş, onlara müstəqil həyatlarında uğurlar və müvəffəqiyyətlər arzulamışdır.