" Ehtiyat dərslik "

Yeni bir nailiyyət.
İyunun 23-ü 2022-ci il tarixdə məktəbin direktoru Xədicə Babayeva, MHT-nın sədri vəzifəsini icra edən Sərxan Şahverdiyev ARTİ tərəfindən "TƏŞƏKKÜRNAMƏ" ilə təltif olunan ibtidai sinif müəllimləri Abışlı Səbinə, Əliyeva Vüsalə ilə görüş keçirdilər.
Görüş ərzində məktəbin direktoru X.Babayeva "Ehtiyat dərslik" layihəsi çərçivəsində göstərdikləri xidmətlərə görə müəllimlərə öz təşəkkürlərini bildirib uğurlar arzuladı.