" TƏŞƏKKÜRNAMƏ "

İyunun 21-i 2022-ci il tarixdə 2021/2022-ci tədris ili üzrə sonuncu Pedaqoji şura keçirildi.

Pedaqoji şuranı giriş sözü ilə məktəbin direktoru Xədicə Babayeva başladı. Məktəbin ümumi vəziyyəti, dinamika və.s haqqında məlumat verdi.

Ardınca TTİ üzrə direktor müavini Lətifə Mustafayeva II yarımil və illik hesabatları şura üzvlərinin nəzərinə çatdırdı.

"Kiçik Akademiya" rəhbəri , Məktəb Həmkarlar Təşkilatının sədri vəzifəsini icra edən Sərxan Şahverdiyev 2021/2022-ci tədris ilində əldə edilən nailiyyətlər haqqında danışdı.

Şuranın sonunda Məktəb Həmkarlar Təşkilatı tərəfindən pedaqoji, inzibati heyətinin bir qrup üzvləri işlərinin stimullaşdırılması məqsədilə "TƏŞƏKKÜRNAMƏ" ilə təltif olundular.

Əziz 112 ailəsi, məzuniyyət dövründə hər birinizə xoş istirahətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi