" Mənim ailəm və məktəbim "

Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən məktəblərdə "Mənim ailəm və məktəbim" layihəsi keçirilir . Məhz bu məqsədlə, 9 iyun tarixində məktəb psixoloqları Hacılı Əliyeva Afaq, Səfərova Ülviyyə məktəbimizdə "Ailəm və Məktəbim" seminarı təşkil etdi. Layihəni keçirməkdə məqsəd ailə, məktəb münasibətlərinin səmərəli təşkili, sağlam pedaqoji, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasını təmin etməkdir. Seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri , peşəkar psixoloq Səidə Əhmədova iştirak etdi. 140 nəfər valdeynin iştirakı ilə təşkil olunan seminar Azərbaycan Dövlət Himni ilə açılışı oldu.

Daha sonra söz məktəb direktoru Xədicə Babayevaya verildi. Bir-birinin ardınca məktəb psixoloqlarının çıxışı baş tutdu.

Psixoloq Səidə Əhmədova valideynlərlə maarifləndirici söhbət apardı, uşaqların yaş dövrlərinin xüsusiyyətlərini vurğuladı , bu zaman ərəfələrində valdeynləri daha həssas və diqqətli olmağa səslədi. Valdeynlər sona kimi maraqla dinlədilər, sonda valdeynlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi