"Məzun günü "

Bu gün XI siniflərimizin həyatına qızıl hərflərlə yazıldı.
İyunun 14-ü 2022-ci il tarixdə "Məzun günü" tədbiri təşkil edildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Daha sonra "Məzun günü" haqqında aparacılar məlumat verdi. Ardınca tədbiri açıq elan etmək, məzunlarımızı təbrik və təltif etmək üçün söz məktəbin direktoru Xədicə Babayeva, TTİ üzrə direktor müavini Lətifə Mustafayeva, MHİ-nın sədri və KA rəhbəri Sərxan Şahverdiyevə verildi.
Bu gün məktəbimiz üçün xoşbəxt gündür ki, adını daşıdığı şəxs, Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycanda Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Bağı oğlu Yusifzadə qonağımız oldu.
X.Yusifzadə məzunlarımızı səmimi qəlbdən təbrik etdi və onlara müstəqil həyatlarında uğurlar arzuladı.
Senariyə uyğun olaraq məzunlarımızın hazırladıqları kompozisiyalar, mahnılar, rəqslər təqdim edilidi.
Əziz məzunlarımız,
Hər birinizi səmimi qəlbdən təbrik edir, müstəqil həyatda uğurlar arzulayırıq !