" Şuşa- inam yerimiz "

2 iyun 2022-ci il tarixdə F-121 nömrəli əmrin 4-cü bəndinin icrası ilə əlaqədar Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 3 "B" sinif şagirdlərinin iştirakı ilə "Şuşa- inam yerimiz" adlı açıq dərs təşkil olundu.
Dərsdə məktəbin direktoru Xədicə xanım Babayeva, TTİ üzrə direktor müavini Lətifə Mustafayeva, KA rəhbəri, MHİ-nın sədr əvəzi Sərxan Şahverdiyev, birinci Qarabağ müharibəsinin veteranı, Şuşa 1 nömrəli tam orta məktəb in hərbi rəhbəri İlqar Məmmədov və məktəbin pedaqoji heyəti iştirak edirdi.
Dərs şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra şagirdlər hazırladıqları şeir, mahnı, rəqs nümunələri ilə çıxış etdilər. Qrup işinin təşkili dərsin gedişinə xüsusi maraq qatdı.
Sonda məktəbin direktoru Xədicə xanım Babayeva çıxış edərək dərslə bağlı metodiki tövsiyələrini verdi, dərsin təşkilini yüksək qiymətləndirdi.
Müharibə veteranı İlqar Məmmədov şagirdlərə uğurlar arzu edərək, şəhidlərə Allahdan rəhmət dilədi.
Sinif rəhbəri:
Gülüstan Allahverdiyeva