" Biz ətraf mühiti necə qoruya bilərik? "

İyunun 1-i 2022-ci il tarixdə 5"C" sinfində biologiya müəllimi Məmmədova Leylanın təşkiatçılığı ilə "Biz ətraf mühiti necə qoruya bilərik?" adlı açıq dərs təşkil olundu.
Dərs prosesində təbii ehtiyatların ətraf mühitə verdiyi zərərlərdən danışıldı.
Təbii ehtiyatların qorunması üçün dövlət tərəfindən görülən tədbirlər və eyni zamanda hər birimizin əməl etməli olduğu qaydalar izah olundu. Az istehlak, təkrar istifadə və təkrar emal anlayışları haqqında məlumat verildi. Təkrar emal qutularının vacibliyi və əhəmiyyəti şagirdlərə aşılandı. Şagirdlərdən bir neçəsi plastik butulkalardan təkrar istifadə məqsədi ilə əl işləri düzəldərək təqdim etdi.