"Valideynin məktəbdə bir günü" adlı layihəsinin növbəti görüşü baş tutdu

Mayın 5-i 2022-ci il tarixdə F-145 nömrəli əmrin 3-cü bəndinin icrası ilə əlaqədar olaraq "Valideynin məktəbdə bir günü" adlı layihəsinin növbəti görüşü baş tutdu.
Layihənin cədvəlinə əsasən V və VI sinif valideynləri ilə görüş keçirildi.
İlk olaraq Sərxan Şahverdiyev valideynləri məktəb mühiti, infrastruktur və.s ilə tanış etdi.
Daha sonra valideynlər V və VI sinif müəllimlərinin dərslərinə daxil olaraq dərs proseslərini izlədilər.
Sonda məktəbin uğurları, müəllim-valideyn münasibətləri haqqında söhbətlər aparıldı.
"ailəmvəməktəbim