"Yaşıl Gözlü Qız"

Aprelin 22-si 2022-ci ildə F-147 nömrəli əmrin icrası ilə əlaqədar olaraq
Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı Şıxlinskaya ilə Akademik Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbin 4D sinif şagirdləri onlayn formada görüşdülər.
Görüşün digər məqsədi yeni Azərbaycan dili dərsliklərində yer alan"Yaşıl Gözlü Qız" əsərinin şagirdlərlə müzakirəsi idi.
Görüş şagirdlərin Reyhan xanıma ünvanladığı maraqlı suallarla Reyhan xanımın isə əhatəli cavabları ilə yekunlaşdı.
Yazıçımıza təşəkkür edirik.