Təbrik edirik !

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Atletika idman növü üzrə Qış ölkə birinciliyi üzrə yarışda qalib olmuş
XI "B" sinif şagirdimiz Qulamov İsabala ilə məktəb rəhbərliyi tərəfindən görüş keçirildi.
Görüşdə məktəbin direktoru Xədicə Babayeva, "Kiçik Akademiya" prezidenti Sərxan Şahverdiyev iştirak etdi.
Məktəbin direktoru X.Babayeva şagirdimizi səmimi qəlbdən təbrik edərək Avropa və Olimpia çempionu olmağı arzuladı.