Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəmanımız 1988-ci il 7 fevral tarixində Biləsuvar rayonun Əliabad kəndində dünyaya göz açmışdır.
Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəmanımızın doğum gününü böyük qürur hissi ilə qeyd etdilər.
“Ölüm var ki, həyat qədər dəyərli” başlığı altında xüsusi dərslər keçirildi.
Xalqımızın şanlı tarixi qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarixi. Vətən sevgisiylə xalqın qüruru, vüqarı, fəxri olan Mübariz İbrahimov və bütün igid Azərbaycan oğullarıdır bu şanlı tarixi yazanlardır. Şəhidlik zirvəsinə ucalıb yaddaşlara həkk olunan şəhidlər unudulmayıb, unudulmur, unudulmayacaqdır!
Qəlblərdə daim yaşayan Milli Qəhrəmanımızın və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Müəllim:
Bəhruzə Əliyeva
İlahə Abdullazadə