Məktəbimizdə online iclas keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktoru Xədicə xanım Babayeva və direktor müavinlərinin iştirakı ilə I yarımilin yekunlarına həsr olunmuş Microsoft Teams platforması üzərindən online valideyn iclası keçirildi.

Gündəlikdə duran məsələlər:

1. BSQ nəticələrinin elan olunması və yekun hesabatı

2. Şagird davamiyyəti

3. IX-XI sinif şagirdlərinin qarşıdakı imtahanlara hazırlıq məsələləri

4. VMA-nın fəaliyyətinin dayandırılması və cari məsələlər idi.

İclası giriş sözü ilə açıq elan edən məktəbin direktoru Xədicə xanım Babayeva verilmiş məsələlər haqqında məlumat verdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi müəyyən təlimatları valideynlərin diqqətinə çatdırdı.

Direktor müavinləri məktəbin ümumi nizam-intizam qaydaları və yarımil hesabatları barədə məlumat verdi.

Qeyd edək ki, iclasda 271 nəfər valideyn iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi