I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə
I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası keçirildi. Şuranın sədri, məktəbin direktoru Xədicə xanım Babayeva gündəlikdə duran məsələləri elan etdi:
1. I yarımilin yekunu, II yarımildə qarşıda duran vəzifələr.
2. I yarımil üzrə müəllimlərin hesabatları.
3.Təlim- tərbiyə prosesinin idarəsində məsləhət və tövsiyələr.
Hər üç məsələ haqqında geniş söhbət aparıldı. Müəllimlərin hesabatları dinlənildi.
Tədris işləri üzrə direktor müavini Lətifə Mustafayeva ümumi hesabatları təqdim etdi.
Təşkilati işlər üzrə direktor müavini İlahə Abdullazadə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin tədbirlər planına əsasən icra olunmuş işlər haqqında məlumat verdi.
Sonda məktəbin direktoru Xədicə xanım Babayeva
II yarımildə qarşıda duran vəzifələri göstərib, il çərçivəsində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə məlumat verdi.