Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev
Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 2"C" sinif şagirdlərinin təşkilat saatı məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olundu.
Şagirdlərə məşhur xeyriyyəçi haqqında geniş məlumat verildi. Həyatı haqqında maraqlı faktlar söylənildi.
H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi.
Hacı Zeynalabdin Tağıyevin abidəsinin insanların ən çox olduğu bir yerdə elə məhz insanların arasında ucaldılması və xatirəsinin əbədiləşdirilməsi Cənab Prezident İlham Əliyev tərəfindən milli kimliyimizə verilən yüksək qiymətdir.
Sinif rəhbəri:
İlahə Abduallazadə