Məktəbimizdə "20 Yanvar" faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib

“20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə "20 Yanvar" faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.

Bundan əlavə, məktəbdə "20 Yanvar" faciəsinin 32-ci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.#BlackJanuary

#20January1990

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi